Almaniya “Fly-By-Fibre” texnologiyasına əsaslanan PUA sınaqdan keçirir
Almaniyanın HIGHCAT şirkətinin mütəxəssisləri hazırda yeni HCX pilotsuz uçuş aparatını (PUA) sınaqdan keçirir.
“Poliqon” HIGHCAT-a istinadən xəbər verir ki, bu PUA radiosiqnal ötürmədiyi üçün onu aşkar etmək və susdurmaq mümkün deyil.
O, operatora 20 kilometrə qədər məsafədə uçmağa imkan verən xüsusi fiber optik makara ilə birləşdirilir.
Alman mütəxəssislərin fikrincə, PUA hazırlanmasında istifadə olunan “Fly-By-Fibre” texnologiyası uçuşların çox olduğu ərazilərdə uçuşlar üçün əlverişlidir. “Fly-By-Fiber” texnologiyası xüsusi “dolama” texnikasından istifadə etməklə quraşdırılan xüsusi sarılmış örtüklü fiber optik makaralardan istifadə edir.
PUA modul quruluşa malikdir və bu da ona əlavə avadanlıq quraşdırmaq imkanı verir.
Vurğulanır ki, NCX PUA-sı kəşfiyyat və yük daşımaları da daxil olmaqla eyni anda bir neçə tapşırığı yerinə yetirə bilir. Bundan başqa, bir-birindən uzaqda yerləşən hərbi qulluqçuların əməliyyat qrupları arasında xüsusi rabitə şəbəkələri yaratmaq üçün də istifadə edilə bilər. Eyni zamanda, yaradıcıların fikrincə, rabitə maneəsiz işləyəcək.
Bununla belə, bütün aşkar üstünlükləri ilə birlikdə NCX PUA-sının ciddi çatışmazlıqları da var. Xüsusilə, o, uzun müddət işləmək üçün nəzərdə tutulmayıb. Onun bir akkumulyator batareyası ilə maksimal işləmə müddəti cəmi 28 dəqiqə, iki akkumulyator batareyası ilə isə 49 dəqiqədir.
Xarici hərbi ekspertlərin qeyd etdiyi kimi, Rusiyanın radio-elektron mübarizə sisteminin xüsusi hərbi əməliyyat zonasında aktiv şəkildə fəaliyyət göstərdiyini nəzərə alsaq, yeni PUA Ukrayna hərbçiləri üçün çox faydalı olacaq.
O, həmçinin üzərinə kumulyativ və ya qəlpəli döyüş sursatı quraşdırılaraq kamikadze PUA kimi də istifadə oluna bilər.
Qeyd etmək lazımdır ki, ekspertlərin fikrincə, Ukrayna indi həm istehsal olunan PUA-ların sayına, həm də onların müxtəlifliyinə görə Rusiyadan nəzərəçarpacaq dərəcədə üstündür.
Əhəd Vahidoğlu