
Almaniyanın “Rheinmetall” şirkəti İspaniya Ordusuna minaatan mərmiləri tədarük edəcək.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bununla bağlı şirkət İspaniya hökumətindən çox sayda 60, 81 və 120 mm-lik minaatan mərmisi sifarişi alıb.
Qeyd olunub ki, “Rheinmetall” şirkəti 2025-ci ilin sonuna qədər İspaniya Ordusuna ümumilikdə 104 min ədəd minaatan mərmisi təhvil verməlidir.




