Almaniya Ordusunun “Leopard 2A8” tankları “Trophy” sistemləri ilə qorunacaq
Almaniya Ordusunun “Leopard 2A8” tankları “Trophy” aktiv mühafizə sistemləri ilə təchiz olunacaq.
“Poliqon” xəbər verir ki, bunun üçün “EuroTrophy” və “KNDS Deutschland” şirkətləri arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “EuroTrophy” şirkəti “Leopard 2A8” tankları üçün 123 ədəd “Trophy” aktiv mühafizə sistemi tədarük edəcək, o cümlədən onlara texniki xidmət və logistika dəstəyi göstərəcək.