Almaniya Ukraynaya 155 mm-lik artilleriya mərmiləri tədarük edəcək
Almaniyanın “Rheinmetall” şirkəti Ukrayna Silahlı Qüvvələrinə 100 mindən çox 155 mm-lik artilleriya mərmisi tədarük edəcək.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, Ukrayna üçün bu sifariş Almaniya hökuməti tərəfindən edilib.
Qeyd olunub ki, 2023-2024-cü illər ərzində Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulan mərmi sifarişini “Rheinmetall”ın İspaniyada fəaliyyət göstərən törəmə şirkəti “Rheinmetall Expal Munitions” yerinə yetirəcək.