Almaniya Ukraynaya əlavə “Marder” PDM-ləri verib

Almaniya Ukraynaya əlavə “Marder” PDM-ləri verib

Almaniya hərbi yardım çərçivəsində Ukraynaya 20 ədəd “Marder” piyada döyüş maşını (PDM) tədarük edib.

“Poliqon” Almaniya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu, Ukrayna üçün ayırlan yeni hərbi yardım paketində öz əksini tapıb.

Həmçinin, paketə daxildir:

  • 3000 ədəd 155 mm-lik artilleriya sursatı;
  • 2 ədəd WISENT 1 minatəmizləmə tankı;
  • 1 ədəd “Satcom” müşahidə sistemi;
  • 20 ədəd RQ-35 HEIDRUN kəşfiyyat pilotsuz uçuş aparatı (PUA);
  • 1 ədəd 8×8 təkər formullu HX81 ağır yük maşını, 4 ədəd yarım qoşqu və s.
CATEGORIES