Almaniya Ukraynaya “SurveilSPIRE” kəşfiyyat sistemləri tədarük edir

Almaniya Ukraynaya “SurveilSPIRE” kəşfiyyat sistemləri tədarük edir

Almaniyanın “Rheinmetall” şirkəti Ukrayna Silahlı Qüvvələrinə “SurveilSPIRE” avtomatlaşdırılmış kəşfiyyat sistemləri tədarük edir.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, şirkət bununla bağlı bir neçə milyon avro dəyərində sifariş alıb və sistemin artıq Ukrayna Silahlı Qüvvələrinə çatdırılmasına başlayıb.

Sifarişə əsasən “Rheinmetall” tərəfindən “SurveilSPIRE” sistemini daşıyacaq nəqliyyat vasitlərinin də Ukrayna Silahlı Qüvvələrinə tədarük edilməsi nəzərdə tutulub.

“SurveilSPIRE” sistemi az sayda heyət ilə geniş ərazilərdə kəşfiyyat fəaliyyətinin aparılması üçün hazırlanıb. Onun tərkibinə gecə və gündüz kameraları, avtonom mini kəşfiyyat dronları və nəzarət sisteminə sahib mobil müşahidə qüllələri daxildir.

3 heyət tərəfindən cəld və sürətli formada ərazidə quraşdırılan “SurveilSPIRE”, nəqliyyat vasitələrinin yedəyinə alınaraq asanlıqla daşına bilər. Sistem enerjiyə olan ehtiyacını günəş panelləri vasitəsilə ödəyir ki, bu da ona əlavə güc mənbəyi olmadan istənilən bölgədə rahatlıqla çalışmağa imkan verir.

Qeyd edək ki, “SurveilSPIRE” avtomatlaşdırılmış kəşfiyyat sistemi ilk dəfə Estoniyanın “DefSecIntel” şirkəti tərəfindən hazırlanıb. Daha sonra “DefSecIntel” “Rheinmetall” ilə bu sistemin birgə inkişaf etdirilməsinə dair əməkdaşlıq etməyə başlayıb. Hazırda da “SurveilSPIRE” hər iki şirkət tərəfindən birlikdə istehsal olunur.

Poliqon.az

CATEGORIES
TAGS