ANAMA azad edilən ərazilərdə ötən ay 683 ədəd mina, 1028 ədəd PHS aşkarlayıb

ANAMA azad edilən ərazilərdə ötən ay 683 ədəd mina, 1028 ədəd PHS aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il iyulun 1-dən 31-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 6 903 ha ərazi yoxlanılıb, 578 ədəd piyada və 105 ədəd tank əleyhinə mina, 1028 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib

FZEmM9uWYAE2IQn

Poliqon.az

CATEGORIES
TAGS