Qazaxıstan Rusiyadan Su-30SM qırıcılarını təhvil alıb
Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) Rusiya istehsalı olan 6 ədəd Su-30SM qırıcısını təhvil alıb.
“Poliqon” “Scramble” saytına istinadən xəbər verir ki, bu yaxınlarda Qazaxıstan HHQ tərəfindən təhvil alınan Su-30SM qırıcılarının bort nömrələri 51-dən 56-ya qədərdir.
Bildirilib ki, yeni Su-30SM-lər Qazaxıstanın Çimkənd bölgəsində yerləşən 602-ci aviasiya bazasında Su-25 təyyarələri ilə birlikdə fəaliyyət göstərəcək. Onlar ötən il hərraca çıxarılmış köhnə MiQ-29 qırıcılarının yerini alacaq.
TAGS Manşet