ANAMA-da Fransa nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun müşaiyət etdiyi Piyadalar əleyhinə minaların məhv edilməsi üzrə Milli Komissiyasının (CNEMA) nümayəndə heyəti ilə görüş keçirib.
Azərbaycan Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə məlumat verilib, prezentasiya təqdim edilib.
Səfərin başlıca məqsədi Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Fransanın mümkün töhfəsinin verilməsi, eləcə də minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi və bu sahədə lazımi dəstəyin göstərilməsinin müzakirəsindən ibarət olub. Yaxın zamanda, iki tərəfli əməkdaşlıq çərçivəsində qeyd olunmuş istiqamətlər üzrə sənədin imzalanması nəzərdə tutulur.




