
ANAMA daha 356 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2023-cü ilin mayın 1-dən 6-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 356 ha ərazi yoxlanılıb, 88 ədəd piyada əleyhinə mina, 75 ədəd tank əleyhinə mina və 123 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər