ANAMA daha 384 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA daha 384 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2023-ci il fevralın 20-dən 25-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 384 ha ərazi yoxlanılıb, 14 ədəd tank əleyhinə mina və 443 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Poliqon.az

CATEGORIES