ANAMA daha 563 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA daha 563 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2022-ci il sentyabrın 12-dən 17-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 563 ha ərazi yoxlanılıb, 58 ədəd piyada və 143 ədəd tank əleyhinə mina, 98 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

ANAMA həftəlik məlumat 12.09.2022 17.09.2022

Poliqon.az

CATEGORIES