Xəbərlər

ANAMA daha 697 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2022-ci il avqustun 1-dən 6-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 697 ha ərazi yoxlanılıb, 204 ədəd piyada və 32 ədəd tank əleyhinə mina, 29 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

FZoPaWiWQAAaE X e1659954201543

Poliqon.az

Back to top button