Xəbərlər
ANAMA işğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2021-ci il mayın 24-dən 29-a qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 783 989 m2 (178 ha) ərazi yoxlanılıb, 90 ədəd piyada və 14 ədəd tank əleyhinə mina, 75 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.





