Xəbərlər
ANAMA ötən həftə ərzində aparılan əməliyyatlar barədə məlumat yayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2021-ci il iyunun 14-dən 19-a qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 111 085 m2 (111 ha) ərazi yoxlanılıb, 89 ədəd piyada və 107 ədəd tank əleyhinə mina, 11 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.





