Xəbərlər

ANAMA ötən həftə 650 ədəd mina və 144 ədəd PHS zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il iyunun 7-dən 12-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 116 762 m2 (111.6 ha) ərazi yoxlanılıb, 596 ədəd piyada və 54 ədəd tank əleyhinə mina, 144 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

mmmm

Poliqon.az

Back to top button