Xəbərlər
“Anatolian Phoenix-2021” təlimində növbəti tapşırıqlar icra edilib

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimlərin növbəti günündə senariyə uyğun olaraq axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları məlumatları xəritə üzərinə işləyib.
Hərbi Dəniz Qüvvələrinin (HDQ) xüsusi təyinatlıları isə müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.








