Xəbərlər

“Anatolian Phoenix-2021” təlimində növbəti tapşırıqlar icra edilib

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimlərin növbəti günündə senariyə uyğun olaraq axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları məlumatları xəritə üzərinə işləyib.

Hərbi Dəniz Qüvvələrinin (HDQ) xüsusi təyinatlıları isə müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.

Poliqon.az

Back to top button