Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi plana əsasən sentyabrın 27-də Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, plana uyğun olaraq hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, şəhidlərin məzarları üzərinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.

Tədbirlər çərçivəsində hərbiçilər üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, hərbi qulluqçular müxtəlif bölgələrdə ağacəkmə aksiyasında iştirak edib.

Tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqın qələbədəki rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, eləcə də şəhidlərin əziz xatirələrindən danışılıb.

Anım Günündə həmçinin şəhid ailələri və döyüşlərdə sağlamlıqlarını itirən hərbçilər ziyarət edilib.

Poliqon.az

CATEGORIES