AR-15 hücum tüfəngləri üçün döyüş sursatı – .50 “Beowulf”

AR-15 hücum tüfəngləri üçün döyüş sursatı – .50 “Beowulf”

ABŞ-ın “Alexander Arms” şirkətindən Bill Aleksandr tərəfindən 2001-ci ildə yaradılmış və təkmilləşdirilmiş .50 “Beowulf” döyüş sursatı AR-15/M-16 hücum tüfənglərində istifadə olunmaq üçün təyin edilmişdır.

“Poliqon”un məlumatına görə, .50 “Beowulf” patronu .50 “Action Express” patronunun əsasında hazırlanıb, özünün kütlə-qabarit göstəricilərinə görə avtomatik silaha uyğunlaşdırılmış .500 S&W “Magnum revolver” patronu ilə eynidir.

“Alexander Arms” şirkəti, .50 “Beowulf” patronlarının standart ordu M-16 hücum tüfənglərində və M-4 karabinlərində istifadəsi üçün xüsusi dəstlər də yaradıb və istehsal edir. Bu dəstlər, M-16 hücum tüfənginin lüləsi və lülə yatağı, həmçinin maqazinləri olan lülə qutusunun üst hissəsidir. “Alexander Arms” şirkətinin bu xüsusi üst hissəsi .223 (5,56×45 mm) çaplı M-16 hücum tüfəngini və M-4 karabinini .50 (12,7×42 mm) çaplı tüfəngə çevirir.

Belə bir dəst üçün ən optimal konfiqurasiya yaxın döyüş karabindir. .50 “Beowulf” patronundan istifadə edən M-4 bazasıns əsaslanan belə bir karabin 200 metrədək maksimal təsir dairəsinə malikdir. Tək sıralı maqazin 10 patron tutumuna malikdir.

.50 “Beowulf” patronu əsasən İraqdakı ABŞ Ordusu əsgərləri və özəl təhlükəsizlik işçilərinin qazandığı döyüş təcrübəsinə əsaslanaraq hazırlanıb. Ağır zirehli maşınlarla müşayiət olunmayan patrullar, pusqu və ya təqibləri, həmçinin blok-postlara hücum edən terrorçu avtomobillərini tez bir zamanda təsirsiz hala gətirə biləcək müvafiq silahlar tələb edir.

Bu cür silahlar kifayət qədər yığcam, eləcə də həm düşmənin canlı qüvvəsi, həm də nəqliyyat vasitələri baxımından ən yüksək atəş səmərəliliyinə malik olmalıdır. Məsələn, .223 çaplı M-4 karabinində istifadə olunan standart patronlardan fərqli olaraq, .50 “Beowulf” patronu düşmən maşınını tez dayandırmaq lazım olduqda, mühərriki dərhal dağıdaraq və içərisində olan canlı qüvvəni məhv edərək əla işləyir.

Kiçik çaplı yüksək sürətli güllələrin bütün üstünlükləri ilə birlikdə, kifayət qədər əhəmiyyətli bir çatışmazlığı var ki, bu da onların yaxın döyüşdə çox zəruri olan güllənin kifayət qədər yüksək dayandırıcı təsirinin olmamasıdır.

.50 çaplı karabin hücum edən düşməni ilk vuruşdan dərhal dayandırmağa imkan verir. Hansı fərdi mühafizə vasitəsinin istifadə olunmasının əhəmiyyəti yoxdur. Dəydikdə, hücum edən düşmənin istənilən halda dayandırılmasına zəmanət verilir.

.50 çaplı karabinin əsas xassələri: çapı: 12,7×42 mm (.50 Beowulf), silahın uzinluğu: 889/805 mm, lülənin uzunluğu: 406 mm, silahın eni: 62 mm, silahın hündürlüyü: 218 mm, silahın boş maqazinlə kütləsi: 3,9 kq, maqazinin tutumu: 7 və ya 10 patron.

.50 “Beowulf” patronunun əsas xassələri: patronun uzunluğu: 54,0 mm, güllənin həqiqi çapı: 12,7 mm, güllənin çəkisi: 19 qr (adi), 21 qr (ekspansiv), güllənin başlanğıc sürəti: 570 m/san, güllənin enerjisi: 3160 Coul, gilizin uzunluğu: 42,0 mm, gilizin boğazının diametri: 13,3 mm, gilizin bünövrəsinin diametri: 13,6 mm, gilizin flansının diametri: 11,3 mm.1

Alexander Arms .50 “Beowulf” karabini

2

Alexander Arms .50 “Beowulf” karabini Picatinny rail tamasası üzərində optik nişangah və K0450 lüləağzı əyləc-kompensatorla

3

Alexander Arms .50 “Beowulf” karabini baza variantında

4

Alexander Arms .50 “Beowulf” karabini səsboğucu və kollimator nişamgahı ilə

5

21 qramlıq ekspansiv gülləli .50 “Beowulf” patronu

6

5,56×45 mm-lik və .50 “Beowulf” patronların müqayisəsi

7

5,56×45 mm-lik, 7,62×51 mm-lik və .50 “Beowulf” patronların müqayisəsi 

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS