ASELSAN 66,7 milyon avro dəyərində satış müqaviləsi imzalayıb

ASELSAN 66,7 milyon avro dəyərində satış müqaviləsi imzalayıb

Türkiyənin ASELSAN şirkəti xarici müştərisi ilə 66,7 milyon avro dəyərində satış müqaviləsi imzalayıb.

“Poliqon”un məlumatına görə, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim etdiyi xəbərdə bildirilib.

Müqavilə çərçivəsində ASELSAN şirkəti adı açıqlanmayan ölkəyə radar, sərhəd təhlükəsizliyi və rabitə sistemləri ixrac edəcək.

Sözügedən müqavilə çərçivəsində sifariş olunan müdafiə təyinatlı məhsulların 2022-2024-cü illərdə sifarişçiyə çatdırılması planlaşdırılıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS