ASELSAN adı açıqlanmayan xarici müştərilərə müdafiə sistemləri tədarük edəcək

ASELSAN adı açıqlanmayan xarici müştərilərə müdafiə sistemləri tədarük edəcək

Türkiyənin ASELSAN şirkəti Asiya-Sakit Okean regionundakı adı açıqlanmayan müştərilərə müdafiə sistemləri tədarük edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.

Qeyd edilib ki, bununla bağlı ASELSAN və müştərilər arasında ümumi dəyəri 34.9 milyon ABŞ dolları olan müqavilələr imzalanıb.

CATEGORIES
TAGS