
Türkiyənin Milli Müdafiə Nazirliyi ASELSAN şirkəti ilə Avtomatlaşdırılmış Atəş Dəstək Sistemlərinin (ADOP-2000) satın alınmasına dair müqavilə imzalayıb.
Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.
Müqavilənin dəyəri 200 milyon ABŞ dolları təşkil edir.
ADOP-2000 ASELSAN-ın atəş dəstək məhsullarının bir araya gətirilməsi nəticəsində ortaya çıxmış sistemdir. ADOP-2000 döyüş sahəsində hədəflərin təsbiti, atəş dəstəyinin komanda, nəzarət və texniki atəş idarəetməsinin avtomatlaşdırılması, digər sistemlərlə uyğunlaşdırılmasını təmin edir.



