
ASELSAN, ALTAY tankı üçün alt sistemləri BMC-yə çatdırıb
ASELSAN şirkəti BMC ilə imzaladığı ALTAY seriyalı istehsal layihəsi alt sistemlər müqaviləsi çərçivəsindəki sistemlərin zavod qəbul sınaqlarını uğurla başa çatdırıb.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, bu, mühüm bir mərhələdir və sınaqdan keçirilmiş sistemlər artıq istehsal xəttindən çıxan üç ədəd ALTAY tankına inteqrasiya üçün BMC-yə təhvil verilib.
Müqavilə çərçivəsində ASELSAN 13 yerli sistemi təmin edir. Bunlara tank atəşi idarəetmə sistemi, məsafədən idarəolunan silah stansiyası, aktiv müdafiə sistemi, dost-düşmən tanıma sistemi, tank komandiri idarəetmə-informasiya sistemi, tank sürücü görüş sistemi, atıcı köməkçi durbini, tank lazer xəbərdarlıq sistemi, situasiya məlumatlandırma sistemi, fırlanan keçid (Slip Ring), daxili rabitə distemi, taktiki radiolar və tank ekipajı təlim distemi daxildir.
ALTAY-ı bu qədər geniş spektrli qabaqcıl texnologiyalarla təchiz etməklə ASELSAN Türkiyənin müdafiə imkanlarını gücləndirir və ölkənin əsas döyüş tankının əməliyyat üstünlüyünü təmin edir. Bu sistemlərlə ALTAY, tam rəqəmsal, şəbəkə mərkəzli və gələcəyin döyüş meydanına hazır platforma kimi xidmətə daxil olur.