ASELSAN M-60TM tanklarına “Volkan-M” sisteminin inteqrasiyasına başlayır

ASELSAN M-60TM tanklarına “Volkan-M” sisteminin inteqrasiyasına başlayır

ASELSAN şirkəti Türkiyənin Quru Qoşunlarının inventarında yer alan M-60TM əsas döyüş tanklarına cari il ərzində “Volkan-M” atəş idarəetmə sisteminin inteqrasiyasına başlayacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Başqanlığı məlumat yayıb.

“Volkan-M” tank atəşi idarəetmə sistemi ASELSAN-ın sənayedəki 20 ildən çox təcrübəsinə əsaslanan “Volkan II” tank atəşi idarəetmə sistemindən əldə edilən təcrübə əsasında hazırlanıb.

ASELSAN şirkəti tərəfindən yerli və milli imkanlar hesabına hazırlanan “Volkan-M” sisteminin inteqrasiya olunduğu M-60TM tankları ilə 2021-ci ildə müxtəlif atış sınaqları həyata keçirilib və müvəffəqiyyətlə tamamlanıb. “Volkan-M” sistemi həm M60-TM tanklarının təkmilləşdirilməsində, həm də digər layihələrdə tətbiq edilməlidir.

Qeyd edək ki, ASELSAN şirkəti FIRAT-M60T layihəsi çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin 160-dan çox M-60T tankını modernləşdirərək M-60TM səviyyəsinə yüksəldib. Layihə çərçivəsində əsas döyüş tanklarına PULAT aktiv mühafizə sistemi (AKS), tank lazer xəbərdarlıq sistemi (TLUS), məsafədən idarə edilən silah sistemi (UKSS), sürücü görmə sistemi (ADIS), qoruyucu layner, köməkçi enerji sistemi və kondisioner sistemi inteqrasiyası edilib. Daha sonra, ASELSAN şirkəti ilə SSB arasında “Volkan-M” atəş idarəetmə sisteminin M-60TM əsas döyüş tanklarına quraşdırılmasına dair müqavilə imzalanıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS