ASELSAN SAKA dronun uçuş sınaqlarını keçirib

ASELSAN SAKA dronun uçuş sınaqlarını keçirib

Türkiyənin ASELSAN şirkəti çəkisi 500 qramdan az olan yeni SAKA adlı pilotsuz uçuş aparatının (PUA) sınaqlarını keçirib.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin aylıq bülletenində bildirilib.

Məlumatda özündə yerli və milli rabitə modemi, uçuş nəzarətçisi, görüntü emal etmə sistemi alqoritmlərini, avadanlıqlarını və prqoram təminatını birləşdirən PUA-nın uçuş sınaqlarını uğurla tamamladığı qeyd edilib.

Həmçinin bildirilib ki, multikopter tipli olan SAKA sürü konsepsiyasına uyğunlaşdırılacaq şəkildə hazırlanıb və Türkiyə Silahlı Qüvvələrinin əməliyyat zamanı kəşfiyyat, müşahidə qabiliyyətini artıraraq tapşırığın effektivliyini təmin edəcək.

SAKA PUA minimum 25 dəqiqə uçuş vaxtına, 2 kilometr xəbərləşmə mənzilinə və ehtiyaca görə özəlləşdiriləbilən proqram təminatına sahibdir.

ASELSAN bu PUA-ların seriyalı istehsalını çox rotorlu dron sahəsindəki törəmə şirkəti olan “DASAL Aviasiya Texnologiyaları” ilə birlikdə reallaşdıracaq.

Poliqon.az

CATEGORIES
TAGS