Avropa ölkələri Ukraynaya 100-dən çox “Leopard” tankı təhvil verəcək

Avropa ölkələri Ukraynaya 100-dən çox “Leopard” tankı təhvil verəcək

Avropa ölkələri (Almaniya, Finlandiya, İspaniya, Niderland, Polşa və digərləri) 2024-cü ilin ikinici rübünə kimi Ukraynaya ümumilikdə 100 ədəddən çox “Leopard 1A5” tankı təhvil verəcək.

“Poliqon” xəbər verir ki, bunu Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

B.Pistorius bildirib ki, Ukraynaya cari ilin yayına qədər 25 ədəd, sonuna kimi isə 80 ədəd “Leopard” tankının tədarük edilməsi və onların vasitəsi ilə ən azı 3 tank taborunun yaradılması nəzərdə tutulur. Eyni zamanda bura ehtiyyat hissələrin və döyüş sursatlarının tədarük olunması da daxildir.

Almaniyanın müdafiə naziri hazırda Bundesver tərəfindən 600 ukraynalı hərbi qulluqçuya lazımi təlimlərin keçirildiyini qeyd edib.

“Planlaşdırılan tədarüklərin siyahısı daha uzundur. Ukraynaya fevralın sonuna qədər daha çox idarə olunan raketlər, beş ədəd “Gepard” zenit-top kompleksi, beş ədəd “Badger” zirehli döyüş maşını və martda beş ədəd “Biber” səyyar üzən körpü tədarük ediləcək”, – deyə B.Pistorius vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS