Avstraliya ABŞ-dan “Javelin” raketləri alır

Avstraliya ABŞ-dan “Javelin” raketləri alır

ABŞ Dövlət Departamenti 100 milyon dollar dəyərindəki “Javelin” tank əleyhinə idarə olunan raketlərinin Avstraliyaya satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 350 ədəd Javelin FGM-148F raketinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı rolunda ABŞ-ın “RTX Corporation” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan “Javelin JV” çıxış edəcək.

CATEGORIES