Avstraliya Ordusunun kəşfiyyat bölmələri elektrovelosipedlərdən istifadə edəcəklər

Avstraliya Ordusunun 2/14-cü yüngül süvari alayının kəşfiyyat bölməsinin əsgərləri yüksək sürətli yeni stels (stealth) kəşfiyyat elektrovelosipedlərini sınaqdan keçiriblər. Sınaqlar “Boxer” döyüş kəşfiyyat maşını ilə birlikdə keçirilib.
Bu barədə “Poliqon” Avstraliya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Elektrovelosiped kəşfiyyatçı əsgərlərə vacib məlumatları toplamaq üçün böyük məsafələr qət edərək döyüş meydanında sürətli və səssiz hərəkət etməyə imkan verir. Akkumlyatorla işləyən mühərrik elektrovelosipedin 90 km/saat sürətlə hərəkət etməsinə imkan verir. Elektrovelosipedin doldurulmuş akkumulyatorla gediş ehtiyatı 100 km-dir.
Əsgərlər, düşmən qüvvələri tərəfindən aşkar edilmədən, ənənəvi motosikletlərin yaratdığından daha az səs və tozla, daha qısa müddət ərzində uzun məsafələrə səyahət edə bilərlər.
Əhəd Əzizov




