
Türkiyənin “Vestel Savunma” və AYESAŞ şirkətləri Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi layihələrinə maraq göstərir.
“AzeriDefence”nin məlumatına görə, İDEF-2017 sərgisi çərçivəsində bununla bağlı görüşlər keçirilib.
AYESAŞ şirkətinin stendində olan müdafiə naziri Zakir Həsənova şirkətin mövcud layhələri barədə geniş məlumat verilib. AYESAŞ-ın Türkiyə və NATO-nu Hərbi Hava Qüvvələrinin modernləşdirilməsində oynadığı rol diqqətə çatdırılıb.
Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyətləri AYESAŞ tərəfindən nümayiş etdirilən məhsullarla tanış olublar.



