Xəbərlər

Azərbaycan və Pakistan hərbçilərinin birgə dağ təlimləri keçiriləcək

Azərbaycan və Pakistan Silahlı Qüvvələrinin birgə hərbi təlimləri keçiriləcək.

“Poliqon” xəbər verir ki, bununla bağlı iyunun 21-də Azərbaycanın Müdafiə naziri ilə Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı arasında görüş zamanı razılıq əldə olunub.

Azərbaycan və Pakistan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi zamanı dağ təlimi mərkəzlərinin birgə istifadəsi və dağ-təlim heyətinin hazırlanması, həmçinin birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub.

Poliqon.az

Back to top button