Azərbaycan və Türkiyə təhdid və ya təcavüz olarsa bir-birinə yardım göstərəcək

Azərbaycan və Türkiyə təhdid və ya təcavüz olarsa bir-birinə yardım göstərəcək

Azərbaycan və Türkiyə üçüncü dövlət təhdid və ya təcavüz edəcəyi təqdirdə bir-birinə lazımi yardım göstərəcək.

“Poliqon”un məlumatına görə, bu, “Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə yer alıb.

“Şuşa Bəyannaməsi”nə əsasən tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Poliqon.az

CATEGORIES