Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun anım mərasimi keçirilib

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum gününə həsr olunan anım mərasimi keçirilib. Mərasim iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, mərasim iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub.
Əvvəlcə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində qəhrəmanın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb.
Ş.Həmidovun qəhrəmanlığının Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi, təltif edildiyi orden və medallara layiq olduğu xüsusi vurğulanıb.






