Xəbərlər
Azərbaycanlı kursantlar “Baykar Makina” şirkətində təlim kursları keçib

Azərbaycanlı kursantlar Türkiyənin “Baykar Makina” şirkətində silahlı pilotsuz uçuş aparatları (SPUA) idarəetmə üzrə təlim kursları keçib.
“Poliqon” xəbər verir ki, bu barədə “Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraktar özünün rəsmi sosial media hesabında deyib.
“Özünüzə məxsus olan SPUA-larınızla səmalarınızda sərbəst uçuşlar edərək Can Azərbaycanımızı qorumağa davam edin. Bir daha bu gözəl torpaqlara namərd əli dəyməsin. SPUA təlimlərini uğurla tamamlayaraq məzun olan azərbaycanlı kursantlarımızı təbrik edirəm”, – deyə Haluk Bayraktar bildirib.







