Azərbaycan “Global Firepower-2024” reytinqində 59-cu pillədə qərarlaşıb

Azərbaycan “Global Firepower-2024” reytinqində 59-cu pillədə qərarlaşıb

“Global Firepower” beynəlxalq araşdırma mərkəzi 2024-cü il üzrə ölkələrin hərbi güc reytinqini açıqlayıb.

“Poliqon” “Global Firepower”ə istinadən xəbər verir ki, reytinq cədvəlində Azərbaycan 59-cu pillədə qərarlaşıb.

2024-cü il reytinqinə görə, ilk onluğa sıra ilə ABŞ, Rusiya, Çin, Hindistan, Cənubi Koreya, Birləşmiş Krallıq, Yaponiya, Türkiyə, Pakistan və İtaliya daxildir.

Bundan başqa, reytinqdə İran 14, İsrail 17, Ukrayna 18, Qazaxıstan 58, Belarus 64, Özbəkistan 65, Türkmənistan 83, Gürcüstan 84, Qırğızıstan 100 və Ermənistan 102-ci yerləri tutub.

CATEGORIES
TAGS