![Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir](https://poliqon.az/wp-content/uploads/2021/10/parad.jpg)
Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir
Azərbaycan cari ildə hərbi gücünə görə qlobal reytinqdə 63-cü yerdə qərarlaşıb.
“Poliqon” xəbər verir ki, bu yerləşmə “Global Firepower Index-2021” reytinqində əks olunub.
140 ölkənin yer aldığı reytinqdə Azərbaycan Cənubi Qafqazın lideri olaraq mövqeyini qoruyub. Belə ki, Gürcüstan 92-ci, Ermənistan isə 100-cü yerdə qərarlaşıb.
Reytinqdə 10-cu Pakistan, 11-ci Türkiyə, 14-cü yerdə isə İrandır. Siyahının ilk beşliyində ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya yer alıb.
CATEGORIES Xəbərlər