
Azərbaycan HHQ-nin komandanı ABŞ-a səfər edib
Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ABŞ-a səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşüb.
Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlüksizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıb.
Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.
CATEGORIES Müdafiə
TAGS Manşet