Azərbaycan HHQ-nin Su-25 qırıcısı LGK dəsti ilə hədəfi məhv edib – VİDEO

Azərbaycan HHQ-nin Su-25 qırıcısı LGK dəsti ilə hədəfi məhv edib – VİDEO

“Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsi ASELSAN şirkətinin LGK lazer tuşlama dəsti (Lazer Güdüm Kiti) ilə “Bayraktar TB2” pilotsuz uçuş aparatının işarələdiyi hədəfi məhv edib.

Bu barədə “Poliqon” ASELSAN şirkətinə istinadən xəbər verib.

Xatırladıq ki, ötən ilin dekabr ayında Müdafiə Nazirliyi Azərbaycan HHQ-yə məxsus Su-25M döyüş təyyarələrinə LGK lazer tuşlama dəstinin (Lazer Güdüm Kiti) inteqrasiya olunduğunu əks etdirən görüntülər paylaşmışdı.

CATEGORIES
TAGS