Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb.
Bu barədə “Poliqon” Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.