Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib

Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib.

“Poliqon” xəbər verir ki, qurultayda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, əvvəlki qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu jurnalistlərin VIII qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətini oxuyub.

Hesabat və çıxışlar bitdikdən sonra səsvermə başlayıb.

Mətbuat Şurasının Nizamnaməsinə və Jurnalistlərin Peşə Davranışları Qaydalarına dəyişiklər edilib.

Yekunda səsvermənin nəticələri açıqlanıb. Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.

İdarə heyətinin üzvləri kimi Vüqar Rəhimzadə, Vüsalə Mahirqızı, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Səadət Məmmədova, Niyaz Niftiyev, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Alqış Musayev təsdiqlənib.

Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Mirzəyev, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zəfəroğlu, Ceyhun Musaoğlu, Fərid Pərdəşünas isə ictimaiyyət nümayəndəsi olaraq təsdiq olunub.

Bununla da Qurultay öz işini başa vurub. Qurultayda Mətbuat Şurasına üzv 163 təşkilatdan 213 nümayəndə iştirak edib.

Poliqon.az

CATEGORIES