İsrail Müdafiə Nazirliyi 155 mm-lik artilleriya mərmiləri alır

İsrail Müdafiə Nazirliyi 155 mm-lik artilleriya mərmiləri alır

İsrail Müdafiə Nazirliyi “Elbit Systems” şirkətindən on minlərlə 155 mm-lik artilleriya mərmisi satın alır.

“Poliqon” İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında təxmini dəyəri 250 milyon NIS (67.7 milyon ABŞ dolları) olan müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Elbit Systems”in Neam, Hayfa və Ramat Haşarondakı müəssisələrində istehsal ediləcək 155 mm-lik mərmilər İsrail Müdafiə Qüvvələrinə 2024-cü ildə təhvil veriləcək.

Poliqon.az

CATEGORIES
TAGS