Azərbaycan Türkiyədən qumbaraatanlar almaq istəyir

Azərbaycan Türkiyədən qumbaraatanlar almaq istəyir

Azərbaycan Türkiyənin “Akdaş Silah” şirkəti tərəfindən istehsal edilən qumbaraatanları almağı planlaşdırır.

“Poliqon” xəbər verir ki, bu barədə şirkətin rəhbəri Səlim Akdaş “Anadolu Agentliyi”nə açıqlamasında bildirib.

Səlim Akdaş vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilən silaha 20-dən çox ölkədən təlabat var: “Hazırda Azərbaycanla da danışıqlar aparırıq. Altı barabanlı qumbaraatan üçün tələbat var. Altı barabanlı model 400 və 800 metr mənzillidir. Azərbaycan bunu istəyir, danışıqlar gedir”.

Qeyd edək ki, şirkət tərəfindən istehsal edilən qumbaraatanın 4 fərqli: AK-40GL, AK-40GLX, AK-40GLJ, AK-40MGL versiyası var. Azərbaycanın maraq göstərdiyi variant qumbaraatanın altı barabanlı AK-40MGL modelidir.

Poliqon.az

CATEGORIES
TAGS