Xəbərlər
Azərbaycan və Rusiyanın müdafiə nazirləri arasında telefon danışığı olub

Avqustun 2-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.




