Azərbaycan və Türkiyə Müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə Müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin Milli Müdafiə (MSB) naziri Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, general-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını qeyd edib.

H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Poliqon.az

CATEGORIES