Azərbaycanda mövcud mina təhlükəsi haqda ABŞ Konqresi əməkdaşlarına məlumat verilib

Azərbaycanda mövcud mina təhlükəsi haqda ABŞ Konqresi əməkdaşlarına məlumat verilib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirib.

ANAMA-nın Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, Samir Poladov Agentliyin yaradılma tarixi, məqsəd və vəzifələri, işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə əməliyyatları, habelə Azərbaycanda mövcud mina probleminin miqyası və bu problemin yaratdığı fəsadlar barədə məlumat verib.

Humanitar minatəmizləmə sahəsində 25 illik təcrübəyə malik Agentliyin beynəlxalq  əməkdaşlığı, bu istiqamətdə təcrübə mübadiləsinin aparılması, Ermənistan tərəfindən təqdim edilən mina sahələrinin formulyarlarının qeyri-dəqiqliyi, aşkar edilən tələ tipli partlayıcı qurğular barədə nümayəndə heyətinin sualları cavablandırılıb və onlara geniş məlumat təqdim edilib.

CATEGORIES