
Azərbaycanın 383 hərbçisi Türkiyədə təlimi başa vurub
Türkiyənin İsparta şəhərinin Eğirdir qəsəbəsində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının təşkil etdiyi “Əməliyyat Təlim Kursu”nda təlim keçən 383 azərbaycanlı hərbçi üçün bağlanış mərasimi keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, “Əməliyyat Təlim Kursu” 23 avqust-16 oktyabr tarixlərində baş tutub.
CATEGORIES Xəbərlər