Azərbaycanın müdafiə naziri Çində müdafiə sənayesi şirkətlərini ziyarət edəcək

Azərbaycanın müdafiə naziri Çində müdafiə sənayesi şirkətlərini ziyarət edəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunda iştirak etmək üçün Çində işgüzar səfərdədir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində müdafiə nazirinin Çinin hərbi rəhbərliyi ilə görüşü, eləcə də bu ölkənin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkətlərini ziyarəti nəzərdə tutulur.

Keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

CATEGORIES
TAGS