“Azərkosmos” ötən ay 40 ölkəyə xidmət ixrac edib

“Azərkosmos” ötən ay 40 ölkəyə xidmət ixrac edib

2023-cü ilin yanvar-may aylarında Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 42 ölkəsinə 7.8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.

“Poliqon” xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yayımladığı “İxrac icmalı”nın iyun sayında öz əksini tapıb.

Bildirilib ki, “Azərkosmos” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 faizini təşkil edib. 2023-cü ilin may ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1.6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-may ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2.2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1.7 milyon dollar ilə Lüksemburq, 689.8 min dollar ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 430.8 min dollar ilə Almaniya və 363 min dollar ilə Pakistan qərarlaşıb.

Poliqon.az

CATEGORIES
TAGS