AZMİM-in kalifikasyon testlərinə başlandı

FNSS şirkəti Amfibya Zirehli Müharibə İstehkam İş Maşınının (AZMİM) prototipinin kalifikasyon testlərinə başlayıb. Testlər Müdafiə Sənayesi Katibliyi (SSM) və Quru Qoşunları Komandanlığının nümayəndələri ilə birlikdə həyata keçirilir.

SSM və FNSS arasında AZMİM müqaviləsi 10 Mart 2009-cu il tarixində imzalanıb. Müqaviləyə uyğun olaraq FNSS amfibya xüsusiyyətlərinə malik zirehli istehkam maşını hazırlamalı və müəyyən sayda Quru Qoşunlarına təhvil verməlidir. Layihənin müddəti 42 aydır.

AZMİM çayların keçilməsi zamanı qarşı sahilin çıxışa uyğunlaşdırılması funksiyalarını da yerinə yetirə biləcək. Bu maşının boş ağırlığı 17-18 ton, döyüş vəziyyətində ağırlığı isə 25 ton, maksimal sürəti 40 km/saat olacaq. Texnikanın balistik müdafiəsi STANAG Level 3 standartına, minaya qarşı qoruması isə STANAG-4569 2A (6 kq TNT) səviyyəsinə uyğun olacaq.

KATEQORIYA: