Azərbaycan beynəlxalq hərbi əməkdaşlığını genişləndirir
Azərbaycan beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində fəaliyyətini genişləndirməyə başlayır. “AzeriDefence.com” saytının məlumatına görə, bununla bağlı dövlət başçısı tərəfindən Xarici İşlər Nazirliyinə (XİN) bir sıra tapşırıqlar verilib. Tapşırıqların yerinə yetirilməsi üçün XİN-ə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 milyon manat vəsait ayrılıb.
CATEGORIES Müdafiə